FASHION OOTD

NYE at Alibeyov’s

December 31, 2018

Düşünürəm, necə yazım ki, klişe səslənməsin, lakin bu ilin hesabatını dəqiq və qərəzsiz çatdıra bilməyəcəm çünkü uçuş və enişlərlə dolu il idi. Bunu ayrı bir bloq paylaşımına saxlayıram. Xoşbəxt anlar da oldu, çətinliklər də, lakin çətinlik olmadan həyat çox darıxdırıcı olardı, elə deyil? 🙂

Yəqin ki, çoxdandır çəkiliş prossesindən bu qədər həzz almamışdım. Tam istədiyim kimi makiyajı Mehriban çox gözəl və tam anlayıb etdi. Onunla çox rahat oluram. Ümumiyyətlə öümü rahat hiss etdiyim insanlarla işləməyi sevirəm. Bu dəfə Leylanın çəkdiyi fotoları paylaşıram, gələn paylaşımda isə Toğrulun etdiyi fotoları paylaşacam. 500 fotonun içindən bunları seçmək bilirsiz necə çətindir?! 😀

Bu Alibəyovun mülküdür. @nigarxitektor bu bina haqqında daha ətraflı məlumat paylaşmışdı. 1903-də inşa edilib. Top 3 sevdiyim binalardan biridir Bakıda. Binaya daxil olanda elə tam da sanki məşhur Bakı bəyinin evində keçirilən yeni il şənliyinə gəlirmişəm kimi hiss etdim özümü. Nə qədər danışsam, onsuzda bu cür yerlərə dəyər verən azdır. Bina heç vaxt bərpa olunmayıb və ümid edirəm bunu da söküb yerində eybəcər “novostroyka” tikməzlər 🙂 Bakıda möhtəşəm tarix izlərindən biridir. Azərbaycan modabazlarının Parisdə gəzən vaxtları idi. Hərdən fikirləşirəm ki, bəlkə də keçmişhəyatımda mən o illərə aid olmuşam.

Yeni ildə bol sevinc, xoşbəxtlik, saxlamlıq və tam istədiyiniz kimi həyatı yaşamağı arzu edirəm. Şəxsi sahənizi tanıyın, özünüzü tanıyın. İnanın, insan özü ilə və ya sevdiyi insanla harmoniyada olanda,  ağlına nifrət, kin tökmək gəlmir.

Arzu edirəmki, hər yeni gələn ildə insanlar bir daha dərk etsin ki, ailə həyatı qurmaq xoşbəxt anlardan biridir, lakin hər zaman son nirvana nöqtəsi deyil 🙂 İstərdimki, qadınlar növbədə dayanan kişidən qabağı keçərək “Siz kişisiz mən qadın” deyərək özünə haqq qazandırmasın. Hamımız insanıq 🙂

Siyahını uzada bilərəm amma bu paylaşımı gecə 12 olmadan paylaşmalıyam 😀 Qalsın gələn paylaşımlara😌

Photos by: Leyhlee
Make-up: Like Mary Makeup

Dress: Naveen | Bag: Vintage | Shoes: Uterque

Yeni ilinizi təbrik edirəm,əzizlərim❤️

Love,

Nazrin

 

You Might Also Like

No Comments

Leave a Reply