United Coffee Beans | Gəlin, söhbət edək

Bu yaxınlarda çox gözəl və rahat bir coffeeshop açıldı. Rahatlıq mənim üçün ən önəmli göstəricidir. Komanda layihənin üzərində çox çalışıblar və əla iş çıxarıblar! Yadımdadır, Aygün ilə arada danışırdıq və müzakirə edirdik. İlk dəfə bura gələndə (hələ testinq rejimi idi) bilmədim necə oldu amma komanda ilə dəqiqələr içində çox rahat ünsiyyət tapa bildim və tanıdığım insanları gördüm. İlk gündən bəri United Coffee Beans mənim üçün top məkana çevrildi və əminəm ki biz çəkilişlərdən sonra bura yorğunluğu atmaq, dostlarla görüşmək, çəkilişin üzərində işləmək üçün tez-tez gələcəyik. Third wave coffee shop Bakıda bir ilkdir! Hər zalı müxtəlif formada işıqlandırılıb. Əminəm ki, mənim kimi siz də sevəcəksiniz bu məkanı və qürurla deyə bilərəm ki, bu Azərbaycanda yaradılmış bir coffee shopdur, franchising deyil 🙂 Reklam deyil! 😀

Keçək  söhbətə 😀 Bloqu açandan bəri, hələ o “dəbdəbəli” redaktə app-larını tanımayanda çalışırdım ardıcıllığı və keyfiyyəti qoruyum. Çətindir 😀 Müxtəlif eksperimentlər aparırdım fotolarla, bəlkə hələ də aparıram, İnstagramda fotoların eyni çalarlarda olması kreativliyi bir çərçivəyə salsa belə hələ ki, dözürük 😀 Düşünürəm “keyfiyyətli kontent” sözünə insanlar ya heç önəm vermir ya da çox amma çox dərininə gedib süniləşdirir. Qızıl orta tapa bilməyənlər var. Normaldır, öyrənərik! 🙂

İnfluencer (bu sözdən xoşum gəlmir) marketinq ölkədə inkişaf etdikcə bloggerlər və digər tanınmış insanlar reklam və əməkdaşlıq təklifləri alırlar və müxtəlif şirkətlərlə çalışmağa başlayırlar. Əziz izləyicilər, bu tam normaldır! 🙂 Əgər əməkdaşlığ etdikləri şirkət onların həyat tərzi, seçimləri və bloq kateqoriyasına uyğundursa niyə də yox?! Bugün xaricdə dəb bloggerləri avtomobil, məişət texnikasının reklamlarını edirlər. Mən bu 2 mövzü arasında hələ ki əlaqəni tuta bilmirəm (əslində etmək olar, amma bizi daşlayarlar etsək :D) amma nümunə kimi dedim, biləsiniz vəziyyət nə yerdədir 😀 Bir qrup insan, bloggerin hər hansısa şirkət ilə əməkdaşlığını görəndə sanki onları yüksək gərginli elektrik vurur. Unutmayaq ki, bloggerlərin əməkdaşlığı ilk öncə tanıtım üçün edilir. Siz o əməkdaşlığın nəticəsində yeni məkanlar, əşyalar kəşf edirsiniz, yeni informasiya qəbul edirsiniz. Nə vaxtdan əməkdaşlıq etmək pis olub?! Sizin əl qolunuzu bağlayıb demirlər ki bu məhsulu alın və ya bu məkana gəlin 😀 Test edirlər, fikirlərini paylaşırlar və ətraflı məlumatı sizinlə bölüşürlər. Bir məhsul hər bir kəs üçün fərqli nəticə verə bilər. Xüsusən də bunu normal edən insanlar haqqında deyirəm. Razıyam ki, bəzi blogger səhifələri nə gəldi paylaşırlar, real və ya qeyri-real, kateqoriyaya uyğun oldu, olmadı, bloq çevrilib olur reklam tablosu. Və ya məhsulu test etmədən haqqında yaxşı fikirlər yazırlar. Bu etik qaydalara uyğun deyil. #mənsənətkaram 😀

Photos by Leyhlee | Location: United Coffee Beans

Blazer (Zara Man), printed blouse, slingback heels – Zara | White Shirt – Naveen | Jeans – ASOS | Sunglasses – Aliexpress

Loves&Hugs

Navi

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s