Trendləşmiş: Slingback ayaqqabılar

Chanel moda evinin məhşur slingback ayaqqabısı 2015-ci ildən hər bir “lux-babe”-in gündəlik geyimində görmək olardı. Klassik və ilk versiyası 1957-ci ildə Chanel moda evi tərəfindən təqdim olunub və dizayner Karl Lagerfeld onu yenidən 2015-ci ildə podiuma gətirib. Həm forma həm rənglərinə görə, bu ayaqqabılar hər bir geyimlə ideal uyğunlaşır. Dizaynerlər və demokratik brendlər bu il trend olan bu ayaqqabıları bizə N sayda variantlarını təqdim etdilər. Slingback ayaqqabıların xüsusi cəhəti arxa hissədən açıq olması, dabanı kiçik elastik və ya kəmər tərzdə dəri parçası ilə bağlanmasıdır. Bu ayaqqabılar bir çox geyimlə uyğunlaşa bilir. Xüsusən ayağın topuq hissəsi görünən geyimlərdə daha cəlbedici olur, nəinki yerə qədər olan uzun enli şalvarlarda.

c7b33a0f63223af8dc50897b49a675ed
Chanel Klassik Slingback ayaqqabıları

Bu yazımda sizə slingback ayaqqabıların 70-100AZN-ə qədər olan seçimləri paylaşacam.

Son zamanlar H&M-dən çox sifariş edirəm. Çox cəlbedici endirimləri var və baza geyimlər, arada qeyri-adi statement əşyalar tapmaq olur orda.

H&M Basic Slingback – 15 euro (~30AZN)

 

Mango Slingbacks – 20 yevro (~38AZN)

New Look – BİRİNCİİKİNCİ

Zara – BİRİNCİ, İKİNCİ, ÜÇÜNCÜ, DÖRDÜNCÜ və hər birinin qiyməti 50AZN-dən aşağıdır

Maskulin tərzini xoşlayanlara: Stradivarius, ASOS

Bəyəndiyiniz ayaqqabıları şərhdə qeyd edə və ya mənə göndərə bilərsiniz. Bəlkə mən də özümə nəsə tapdım 🙂 Gələn yazımda bu il çox trend olan və ölkəmizdə birmənalı qarşılanmayan sabo və ya şəpik ayaqqabılardan yazacam 😀

Advertisements

3 thoughts on “Trendləşmiş: Slingback ayaqqabılar

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s