Travel Unfiltered: Tbilisi səyahəti

Əvvəla onu deyim ki, travel bloqqer deyiləm, sadəcə təcrübəmi sizinlə paylaşmaq istədim. Tbilisiyə səyahət məsələsi bəzi işlərimin həll olunması ilə parallel vaxta düşdü. Necə deyərlər, həm ziyarət həm ticarət. Bu yazıda tam açıq şəkildə sizə məlumat verəcəm. Çünkü biz qiymət görmək istəyirik, rəqəmləri bilmək istəyirik! 😀 Manatın aşağı olan vaxtı çox xərc çekmək istəmirdim, mən getmək istəyən vaxtı aviabiletlər 260AZN+ idi, ona görə qatarla yola düşməyi üstün tutdum və Azərbaycan Dəmir Yolları veb-saytından onlayn biletlər üçün ödəniş etdim. Lakin bunun adı sadəcə onlayn gedir. Biletləri vağzaldan gedib özün fiziki olaraq götürməlisən. Bu arada, səyahətə xalamla birlikdə getmişdik və hər ikimizin çox xoşuna gəldi!

=NƏQLİYYAT=

Nəqliyyat növü: Qatar

Vaqon növü: SV, 2 nəfərlik kupe. Daha rahat, daha geniş.

1 nəfərlik biletin qiyməti: Bakı-Tbilisi ~91AZN, Tbilisi-Bakı 108AZN

Nəticə: SV növlü vaqonda getmək çox rahat imiş. Qatarla getməyin ayrı ləzzəti var, SV-də isə bu qat-qat xoşdur. Kupenin içində TV də var idi. Hələ ki, bircə WI-FI yoxdur o da yeni qatarlarda olacaq deyirlər. Gecə saat 21:20-də çıxdıq, növbəti gün səhər 7:50-də sərhəddə idik. 10:30-da Tbilisi vağzalına çatdıq.

Diqqət: Tbilisiyə çatanda əgər Georgi adlı taksi sürücüsü sizə yaxınlaşıb 20 lariyə qalacağınız yerə aparmağı təklif etsə, getməyin. Bizə əməlli atdı, heç olmasa siz diqqətli olun. Real qiyməti 10 laridir. Oteldən vağzala gələn zaman otelin öz taksi xidmətindən istifadə etdik və 10 lari ödədik.

=OTEL=

Əvvəl biz airbnb.com saytından ev tutmaq istədik, beləliklə həm də qiymət ucuz olacaqdır, lakin valideynlərin istəyi ilə oteldə qalmalı olduq. “Qızım, səncanı, birdən nəsə olar, ən yaxşısı oteldir”. Ona görə booking.com saytında şəhərin mərkəzinə maksimum yaxın olan yer axtardıq və 4 ulduzlu, endirimdə olan otel tapdıq və bron etdik. Yaxşı ki, tapdıq.

Otel: Citrus Hotel Tbilisi (4 ulduz)

Otaq: 2 nəfərlik otaq

Qiymət: 3 gecə/4 gün səhər yeməyi daxil ~$200 (endirimlə)

Nəticə: Əntiqə! Otel Rustaveli küçəsinin düz mərkəzində və sakit yerdə idi, bütün gəzməli yerlərə yaxın. Əlavə olaraq otağın təmizliyi, səhər yeməyi(açıq bufet, nə qədər istəyirsən ye :D)  işçilərin gülərüzlüyü, bütün suallarımıza cavab verməsi çox xoş idi. “Elə-belə yer deyile, 4 ulduzdu oteldir!” 😀 #birgörməmişinhekayəsi

=QİDA-YEMƏK-NYAM-NYAM=

2015də bura təlimə gələndə bir çox gürcü yeməyini bəyənməmişdim. Ona görə əsas xaçapuri və xinkali yedik. Həyatımın ən gözəl göbələk supunu burda yedim! Mən göbələk dəlisiyəm! #gobelekforlife Biz hətta burda gürcü onlayn yemək sifarişi platformasından yemək də sifariş etdik. Madəm gəlmişik, araşdırmalıyıq ya yox? 😀

  1. Machakhela

Bu kafe Gürcüstanın ən məşhur kafelərindən biridir və mərkəzdə neçə filialı var. Menyuda əsasən Gürcü yeməkləridir və qiymətlər çox səfrəlidir. Dessert menyuları da var. Xaçapuriləri bir neçə cürdür və balaca xaçapuri belə 2-3 nəfərə bəs edə bilər. Ən ləzzətli xaçapuri burdadır. Eyni zamanda fərqli tərkibli xinkalilər sifariş edə bilərsiniz. Biz görməmiş kimi çox yemək sifariş etdik, nəticədə qalanını özümüzlə götürdük və sonraya saxladıq.

Sifarişimiz: 1 balaca(heç də balaca deyil) xaçapuri, 5 cür soya souslu qızardılmış xinkali+4 mal əti ilə xinkali+3 göbələkli xinkali+su

Qiymət: 18 lari (~13AZN) Şokdasınız, hə? Bakıda şəhərin mərkəzində bu qiymətə yalnız 1 nəfər çay+dessert ala bilər

2. Linville Cafe

Kafe tamamilə vintaj üslübda düzəlib və şəhərin mərkəzində yerləşir. Xüsusi özünəməxsus aurası var və hər bir detal nostalji hisslər ötürür. Qiymətləri digər kafelərə nisbətən yüksəkdir, lakin Bakıdan yenə də ucuzdur. Kafedə çay içməkdən belə həzz almaq olur. İnteryer dizaynı ayrı bir mövzudur. Qısacası, bu yerə vuruldum və dəfələrlə gedə bilərəm. Ən dadlı göbələk supu burdadır!

Sifarişimiz: 2 göbələk supu və balaca(yenə də, balaca=böyük) xaçapuri + su

Qiymət: 34 lari(~23AZN). Ha-ha-ha. Heşbişey. Bakıda biz yazıq belə qiymətlər görmüşük?

3. Subway

Əgər kiçik Amerikanı Gürcüstanda görmək istəyirsinizsə Burger King, Subway və Wendy’s fast food kafelərinə getməlisiniz. Həm yeni formada fast food görəcəksiniz həm də kiçik Amerika təcrübəsi olacaq 🙂 Subway kafesində sendviçin çörəyini, tərkibini və sousları özünüz seçirsiniz. Gözünüzün qarşısında şüşə vitrində ət məhsulları, tərəvəzlər, ədviyyatlar, souslar açıq şəkildə qoyulur və kassaya getdiyiniz boyunca sendviçiniz yığılır. Mənim üçün bura çox nostalji oldu çünkü son dəfə 2013-cü ildə Amerikada Subway-də olmuşam.

Sifarişimiz: 2 kiçik sendviç (tərkibi toyuq əti, pendir, pomidor, xiyar, kahı, 2 sous) + 2 Amerikanın məşhur chocolate chip peçenyaları

Qiymət: 10.5 lari ( ~7AZN), cookie-lər 2 ədədi 3.2 lari (~2AZN)

4. Wendy’s

Wendy’s kafesinə getməyimin məqsədi onların “onion rings”, tərcümədə soğan halqaları, yeməyə getmişdim çünkü o halqaları neçə ildir ki yemirəm! Adını eşidib bəyənməyə bilərsiniz amma çox dadlıdır. Son gün getməmişdən 2 saat əvvəl aldım və yedim. Bu cür olur və acı deyil:


Sifariş: 1 paket(10 ədəd) onion rings

Qiymət: 3.5 lari (~2AZN)

5. Onlayn yemək sifarişi platforması Menu.ge

Sayt ingilis və rus dillərində də fəaliyyət göstərir. Həm kart ilə həm də nağd ödəyə bilərsiniz. Onlayn sifarişə qaldıqda, düşünürəm Qafqaz ölkələrində hər yerdə eyni problemdir. Sifariş edəndən sonra zəng etdim, sifariş sistemdə görünmürdü. Ona görə məsləhət görürəm ki, zəng edib sifariş edəsiniz.

Sifarişimiz: 2 Asiya yeməyi – qızarmış düyü ilə tərəvəz və toyuq + teriyaki sousu

Qiymət: 13lari + 3 lari çatdırılma (~11AZN). Bakıda bu cür düyü və ya lapşa 1 ədədi 8-11AZN arası dəyişir. Yuh.

Ardı ikinci hissədə tezliklə! 🙂

Sevgilərlə,

Navi

 

 

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s