Camex.az vasitəsi ilə necə sifariş etmək olar?

Hamıya salam! İnstagramda dəfələrlə bu sual soruşulub: Azərbaycana birbaşa göndəriş etməyən saytlardan necə sifariş edirsiz. Bu yazı yəqinki bloqumda ən çox oxunan yazı olacaq. Çünkü qızların cənnət kimi tanıdığı məkan məs Camex şirkəti olacaq. Aşağıda tez-tez soruşulan suallara cavab verəcəm.

  • Camex nədir?

Camex, oxunuşu [ kameks], şirkəti ABŞ, Çin və BƏƏ ölkələrindən Azərbaycana birbaşa göndərişi olmayan saytlardan sifarişləri bura gətirtir. Bu necə işləyir soruşduğunuzda isə, şirkətin yuxarıda qeyd etdiyim 3 ölkədə anbarları var. Bütün sifarişlər ilk ora gəlir, sonra ordan Azərbaycana göndərilir.

  • Qeydiyyatdan keçəndə şəxsiyyət vəsiqəsinin nömrəsin istəyirlər, şübhəli deyilmi?

İlk öncə mənə də elə görsənirdi, lakin bu təhlükəsizlik qaydalarına riayət etmələridir, və bu tam normal haldır.

  • Camex.az-ın saytında alış-veriş saytları siyahısında mən istədiyim sayt yoxdur, deməli Camex ordan gətirməyəcək?

Gətirəcək. Camex şirkəti öz saytında siyahıdan əvvəl də qeyd edib ki, siyahıda olmayan ABŞ/Çin/BƏƏ ölkədaxilində göndərişi olan bütün saytlardan sifariş etmək olar. Məsələn, Forever21 saytı siyahıda yoxdur, amma Camex vasitəsi ilə bura gətirtmək olur. Camex sadəcə anlayışı olmayan insanlar üçün qoyub o saytları, çox adam heç saytları tanımır deyə.

  • Bakıda olan brendlərin ABŞ saytlarından sifariş etmək olar? Məsələn Zara, Mango və s.

Çox təəssüff ki bu brendlər Azərbaycanda olduğu üçün, digər ölkələrdən Azərbaycana göndərilməsinə icazə verilmir. Bunu bizimkilər yox, məs brendin özü müəyyənləşdirib. Bu yaxınlarda Zara-dan endirim vaxtı bir neçə geyim sifariş etmək istəyirdim ABŞ-dan. Sifariş edildi, 2 gündən sonra sifarişim ləğv olundu. Soruşanda ki niyə belə oldu, dedilər ki Zara yalnız ev adreslərinə göndərir sifarişləri. İş, restoran, və anbarlara göndəriş etmir. Camex də bir növ anbar rolun daşıyır ona görə bura göndərmirlər.

  • Ödəniş edəndə hansı kart keçərlidi?

Amərikada hər hansı keçərli kart vasitəsi ilə ödəniş etmək olur. Məndə Visa Gold kartıdı və normal ödəniş edə bilirəm. Sadəcə ödəniş edəndə çalışın PayPal ilə etməyin, sistem Azərbaycanı tanımayıb çaşacaq. Forever21-dan alış-veriş edəndə əsasən istifadə etməyin, işləməyəcək PayPal və sifarişinizi ləğv edəcəklər.

  • Sifarişlərimi burdan götürəndə əlavə pul ödəyirik?

Bəli, ödəniş olunur. Amma yenədə sərfəli çıxır. Camex.az saytı qeyd edyr ki məbləğ sifarişin həcmi və ölçüsündən asılıdır. Ətraflı tariflər haqqında bu səhifədən öyrənə bilərsiz: Tariflər

  • Camex.az vasitəsilə necə sifariş etmək olar?

Bu ən çox verilən sualdı ona görə addım-addım başa salacam, şəkillərlə birlikdə:

1-ci addım: İlk öncə qeydiyyatdan keçirsiz

Screen Shot 08-18-15 at 10.19 PM

2-ci addım: Qeydiyyatı e-mail vasitəsi ilə təsdiqləyirsiz

3-cü addım: Camex.az saytında şəxsi profilinizə camex.az saytından daxil olursuz

4-cü addım: Sifariş etmək istədiyiniz saytın göndəriş etdiyi ölkəsin öyrənirsiz. Bu ya ABŞ ya Çin ya da BƏƏ olmalıdır. Digər ölkələrə hələki yoxdur.

Screen Shot 08-18-15 at 10.20 PM

5-ci addım: Camex.az-da şəxsi profilinizdə göstərilən 3 ünvandan birini götürürsüz.

6-ci addım: Götürdüyünüz ünvanı olduğu şəkildə sifariş vermək istədiyiniz saytın Shipping(Göndəriş) və Billing ünvanlarına yazırsız.

Qeyd: ZİP code, yəni İndeksi əgər səhv göstərirsə sayt, onda indeksin yalnız ilk 5 rəqəmin yazın (Bu yalnız ABŞ sifarişlərinə aiddir).

Screen Shot 08-18-15 at 10.22 PM

Numünə kimi, Forever21 saytının address bölməsinin necə doldurulmasın sizə aşağıda şəkildə göstərirəm.

Screen Shot 08-18-15 at 10.25 PM

7-ci addım: Sifariş edirsiz. Qeyd: Sifariş edərkən çalışın PayPal-dan istifadə etməyin. Sizin kart Azərbaycanda qeydiyyatdan keçibsə və bu məlumat Paypal-da qeyd edilibsə, Azərbaycana birbaşa göndərişi olmayan saytlar Azərbaycanı tanımayıb sizin sifarişinizi ləğv edəcək və pulunuzu kartınıza 24-72 saat ərsində balansınıza yatırtacaq.

8-ci addım: Sifarişinizi etdinizsə, bir neçə gün sonra sizə sifarişiniz göndəriş təsdiqi haqqında e-mail gələcək. Burada sifarişiniz Tracking kodu veriləcək. Diqqət! Tracking kod önəmlidir! Bu sizin sifarişin Camex şirkətinin xaricdəki anbarında sifarişin kimə məxsus olması və itirilməməsi, tez tapılması üçün lazımdır!

9-cu addım: Camex.az saytının şəxsi profilinizdə “Anbara Çatdırılır” bölməsinə tıklayıb sonra aşağıda “Əlavə Etmək” düyməsinə klik edin. Burada sizdən sifarişiniz haqqında məlumat istəniləcək ki sizin sifarişiniz anbarda tapılsın və bura göndərilsin. Tracking kod, sifariş etdiyiniz sayt, sifarişin məbləği (yalnız məbləğin miqdarının rəqəmin yazırsız, sifariş etdiyiniz əşya kateqoriyası, sifariş etdiyiniz əşyaların sayını qeyd edirsiz burada.

Screen Shot 08-18-15 at 10.20 PM 001

Screen Shot 08-18-15 at 10.21 PM

Screen Shot 08-18-15 at 10.21 PM 001

10-cu addım: Yadda saxlamaq düyməsinə klik edib sifarişinizi gözləyirsiz. Sizə e-mail və SMS vasitəsi ilə sifariş anbara çatdırıldığda, Azərbaycana çatdırıldığda bildiriş gələcək.

11-cu addım: Sifariş Azərbaycana çatdırıldığda Camex.az şirkətinin ofisinə yaxınlaşırsız (Bu 28 may, köhnə dəyirmana, Landmarka yaxındı, ünvan dəqiqliklə saytda qeyd olunub) gedirsiz, şəxsi nömrənizi deyirsiz(bu yuxarıda sağ tərəfdə qeyd olunub) , sifarişinizi götürüb, pulun ödəyib evə aparırsız.

Screen Shot 08-18-15 at 10.21 PM 002

Ümid edirəm hər məqam aydın şəkildə müzakirə olundu. Hələlik!

Advertisements

16 thoughts on “Camex.az vasitəsi ilə necə sifariş etmək olar?

    • Fikrinizə görə təşəkkür edirəm Ayinka, lakin bu məndən asılı deyil. Əgər qənaət edib özünüz sifariş etmək istəyirsinizsə bunları etməlisiz istəmirsizsə sifariş səhifələr var instagramda 🙂 Məndən sadəcə yazmaq və bilməyəninsanlara başa salmaq idi. Mən özüm belə sifariş edirəm və heç də yorucu gəlmir, hərəyə bir cür gəlir yəni 🙂

  1. 4cu wekili ad soyad ferqli olmaqla tam olaraq ele doldurmaq lazimdir? bir de ki sifariw etdiyimiz saytdan secdiyimiz olkeye mehsul nece gune geldiyini nece bilmek olar?

  2. Navi, gözel, paylaşdığjn yararlı posta göre çox sağ ol☺️🙏Men michaelkors.com saytından sifariş etmek isteyirem.Kargo mebleğini evvelceden bilmek olar camex.az saytından?

    • Buyurun ☺️ Ferqi yoxdu Gunay xanim, maqazinin butikin ferqi yoxdu esas odu hecmin bilesiz, ozunuz de camex.az saytindan baxib hesablaya bilesiz, yox eger bilmirsizse zeng esib sorusha bilersiz ozlerinden 🙂

  3. Etraflı melumat üçün teşekkürler. Amma mene bir sual maraqlıdı. Bizde kartda hesabda pul AZN-ledir. Xaricden ise USD ile ödenilir. Ödeniş etdikde onlar AZN -i USD-ye çevirir ya nece?

  4. Choxsagolun.bir sheyi oyrenmek isterdim.online saytda sifarish verdikden sonra camex saytina giririk ya mail geldikden sonra anbara giririk?

  5. Salam, Nazrin xanim.Etrafli melumata gore size tesekkur edirem. Men hm.com saytindan sifaris etmeye cehd etdim.Lakin ödeme hissesine geldikde kartimin yanls oldugunu bildirir sayt ve alnmr sifarisim 😦 kartim visa electrondur ve kifayet qeder mebleg var.Xahis edirem komek edesiniz

  6. Salam .herweyi bele aciq aydin yazdigin ucun coxsaqol baci.ama bilmirem mende niye forever21de imenni adresi gotur.usa ve delaware yerine bu sozler yazilri We’re sorry, but the address information is either incomplete or incorrect. Please review and edit the address you entered. You may also verify your addresshere or contact USPS. Niye bele olur sence?men tel ile edirem ola bilerki bundan olsun?cox xaiw edirem cvb yaz

  7. Cox cox tesekkurler. Inanilmaz derecede yardimci oldunuz, minnetdaram.. Nece aydir hec cur anlamirdim ordan nece istifade etmeliyem. Birde bilmek isterdim camex saytinda 1 ay icinde 1000$ qeder limitiniz filan yazir. Bu neyin limitidir? Odenishi axi ozumuz card vasitesile edirik? Onceden tesekkurler Nazrin xanim. Allah razi olsun sizden.. ❤🌹🌹🌹

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s